Trampın şirkəti sosial şəbəkə yaratmaq üçün bir milyard dollar cəlb edibbackend

Trampın şirkəti sosial şəbəkə yaratmaq üçün bir milyard dollar cəlb edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaratdığı sosial şəbəkə 1 milyard dollardan çox investisiya vədləri aldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Trampın şirkəti – “Trump Media & Technology Group Corp” – məlumat yayıb.

Bildirilib ki, yeni sosial şəbəkə böyük texnologiyanın zülmünə qarşı müdafiədə daha güclü mövqedə olacaq:

“Bir milyard dollar senzura və siyasi ayrı-seçkiliyə son qoyulmalı olduğuna dair böyük texnologiyaya mühüm siqnal göndərir”.

Qeyd edək ki, oktyabr ayında 6 yanvar 2021-ci il hadisələrindən sonra əksər sosial şəbəkələr tərəfindən hesabları bağlanan Tramp özünün “Truth Social” sosial şəbəkəsini yaratdığını elan etdi. Yeni sosial şəbəkənin 2022-ci ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*