Türk aviaşirkətindən maraqlı TƏKLİF: Xidmət üçün 45 avro tələb olunurbackend

Türk aviaşirkətindən maraqlı TƏKLİF: Xidmət üçün 45 avro tələb olunur

Türkiyənin “Corendon Airlines” aviaşirkəti “yalnız böyüklər üçün” yerlər təklif edərək, xüsusi rahatlığa ehtiyacı olanlara kömək etmək qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, aviaşirkətin rəhbərliyi marşrutların birində “uşaqlardan azad” xüsusi zonanın tətbiqi barədə qərar verib.

Qeyd olunub ki, təyyarənin “yalnız böyüklər üçün” hissəsi 16 yaşdan yuxarı sərnişinlər üçün əlçatan olacaq.

Belə ki, “Uşaqlardan azad zona” təyyarənin ön hissəsində yerləşəcək və 93 oturacaqdan ibarət pərdəli arakəsmə ilə qalan hissədən ayrılacaq. Sərnişinlər yalnız böyüklər üçün nəzərdə tutulmuş zonada oturacaq almaq üçün əlavə 45 avro ödəməli olacaqlar.

Məlumata görə, xidmət 2023-cü ilin noyabr ayından Amsterdam və Karib dənizindəki Kürasao adası arasında uçuşlarda əlçatan olacaq.

Şirkətin təsisçilərindən biri Atilay Uslunun sözlərinə görə, bu xidmət uçuş zamanı əlavə rahatlıq istəyən sərnişinlərin ehtiyaclarını ödəyəcək. Həmçinin valideynlər uşaqlarının səs-küy salmasından narahat olmadan uçuşdan həzz ala biləcəklər.

Bundan əlavə, şirkət artıq Kürasao, Bodrum və İbiza da daxil olmaqla bir sıra istiqamətlərdə yalnız böyüklər üçün xidmətlər təklif edir.

Qeyd edək ki, bu, mülki aviasiya tarixində ilk təcrübə deyil.

Belə ki, “AirAsia X”in uzun məsafəli uçuşlarında yalnız 12 yaş və yuxarı sərnişinlər üçün nəzərdə tutulmuş “sakit zona” var.

Eyni zamanda Sinqapurun aşağı büdcəli daşıyıcısı “Scoot” da eyni zona mövcuddur.

Məlumata görə, “Redfield & Wilton Strategies” araşdırma şirkətinin 1500 sərnişin arasında apardığı sorğuda səyahətçilərin 60%-i belə bir təşəbbüsü dəstəkləyib, 27%-i yox cavabını verib, digər 14%-i isə qərarsız qalıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*