“Türkiyədə elə adam tapılmaz ki, onun əcdadı Azərbaycanın indiki və tarixi torpaqlarından keçib getməmiş olsun”.
KONKRET.az xəbər verir ki, bunu “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş Azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatında jurnalist Azər Həsrət deyib.
O qeyd edib ki, bundan sonra da araşdırmaları davam etdirmək lazımdır:
“Azərbaycan-Türkiyə münasibətlərinə təkcə qonşuluq konkestində baxmaq olmaz. Bütün Türk dünyasında türklük və turançılıq cərəyanının lokomotivi Azərbaycan olub. Ən qaynar, ən çağlar hərakatlar bizim ölkəmizdə olub. Onlar bu mənada Azərbaycanı yaxşı tanımırlar. Bəzən türkiyəlilər, oranın deputatları da uyğurların türk olduğunu bizdən öyrənirlər. Bu baxımdan müzakirələrə ehtiyac var. Təqdim edilən kitab daha əlçatan olmalıdır. Türk xalqlarının bizdən gözləntiləri böyükdür. Mənə Orta Asiyadan çox yazırlar. Vətən müharibəsində qazandığımız qələbələr onlara ciddi inam verib”.
Məlik,
KONKRET.az