Türkiyə ilə Ermənistan arasında sərhədin açılması İrəvanın addımlarından asılıdırbackend

Türkiyə ilə Ermənistan arasında sərhədin açılması İrəvanın addımlarından asılıdır

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması , o cümlədən sərhədlərin açılması məsələsi tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə prezident administrasiyasındakı mənbə RİA Novosti- yə məlumat verib.

“Ermənistan Türkiyəyə üçüncü ölkə vətəndaşlarının keçməsi üçün sərhədin açılmasını təklif edib, Ankara bu təklifin əleyhinə deyil”, – “Hürriyet” qəzeti yazıb.

“Görüşlərin keçirildiyi prosesin özünə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhyönümlü yanaşmasını gördükdən sonra növbəti addımlar barədə danışmaq mümkün olacaq. Anlamaq lazımdır ki, yeni vəziyyət yaranıb.Belə yanaşma olarsa, düşünürəm ki, sərhəd məsələsinə qədər bu prosesdə konkret irəliləyiş olacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə Ankaranın Qarabağ problemində haqlı olaraq Azərbaycanın mövqeyini dəstəkləməsi bir sıra hallar səbəb olur.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*