Türkiyə İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırdıbackend

Türkiyə İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda Qəzza zolağı ilə bağlı təmas qrupunun iclasında İsrailə beynəlxalq təzyiqləri artırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə TRT diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Nazir bildirib ki, beynəlxalq ictimaiyyətin İsrailin addımlarına reaksiyası güclənir və bu təzyiqi artırmaq lazımdır”, – telekanal qeyd edib.

Məlumata görə, təmas qrupunun iclasında İslam Əməkdaşlıq Təşkilatının sammitində qəbul olunacaq qərarlar müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*