Türkiyə İtaliyadan helikopter alışını dayandırdıbackend

Türkiyə İtaliyadan helikopter alışını dayandırdı

Türkiyə hökuməti İtaliyanın “Leonardo” hərbi-sənaye kompleksinin istehsalı olan təlim helikopterlərinin alışından imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Repubblika” qəzeti yazıb.

Qəzetin məlumatına görə, 70 milyon dəyərindəki müqavilə yaxın günlərdə imzalanmalı idi, lakin Ankara İtaliya Baş naziri Mario Draginin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına işlətdiyi sözlərə görə, onu qeyri-müəyyən müddətə təxirə salıb.

Məlumata görə, müqavilə nəticəsində alınmalı olan “AW169” helikopterləri köhnə “Agusta-Bell 206”ları əvəz etməli idi. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*