Türkiyə Rusiyanın “Rosatom” şirkəti ilə Qara dəniz sahilində Sinop bölgəsində ikinci atom elektrik stansiyasının tikintisini müzakirə edir.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
“Hazırda biz Rosatom Korporasiyası ilə danışıqlar aparırıq, çünki onun Akkuyu AES-də böyük iş təcrübəsi var”, – Bayraktar deyib.
O, layihəyə Çin və Cənubi Koreya şirkətlərinin də maraq göstərdiyini bildirib. Seul layihəyə on il əvvəl maraq göstərməyə başlayıb.
Nazir qeyd edib ki, Türkiyədə məşğulluq üçün daha çox imkan yaratmaqla yanaşı, kiçik-orta müəssisələr, sənaye şirkətləri və istehsalçılar üçün də biznes imkanları yaratmaq istəyirlər.
Ariz Həsənoğlu,
KONKRET.az