Ukrayna Türkiyə istehsalı olan “Cobra II” zirehli maşınları alıb.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın “Klymenko Time” nəşrinin dərc etdiyi videogörüntülər sübut edir.
Kadrlarda bu tipli ən azı üç avtomobil Ukrayna bayraqlarının dalğalandığı kənd yolu ilə hərəkət edir.
Açıq mənbələrə görə, təxminən 20 belə zirehli transportyordan ibarət partiya Rumıniyada dəmir yolu ilə Ukrayna sərhədinə doğru daşınarkən görünüb.
Qeyd edək ki, “Cobra II” təkərli zirehli avtomobil Türkiyənin Otokar şirkəti tərəfindən istehsal olunur. Avtomobil altı nəfəri daşıya bilir.

Xatırladaq ki, Ukrayna Türkiyə istehsalı 200-ə yaxın “Kirpi” zirehli texnikasından da istifadə edir.

İqbal Rzayev,
KONKRET.az
