backend

Türkiyə və ABŞ heyətləri arasında Ankarada keçirilən görüş başa çatıb

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin rəhbərliyi ilə Ankarada səfərdə olan heyətin Xarici İşlər Nazirliyində keçirdiyi görüş başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət, təhlükəsizlik dəhlizi, Suriyada Konstitusiya Komitəsinin təşkili və siyasi nizamlama məsələləri müzakirə olunub.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla da mövzu ətrafında telefonda müzakirə aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*