Türkiyədə seçki günü toy keçirmək olmaz? – QADAĞALARbackend

Türkiyədə seçki günü toy keçirmək olmaz? - QADAĞALAR

Türkiyənin Ali Seçki Komissiyası mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində tətbiq olunacaq qadağaları açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə rəsmi qərar “Resmi Gazete”də dərc olunub.

Belə ki, KİV orqanları seçki günü saat 18:00-dək seçki və seçkilərin nəticələri ilə bağlı xəbər, proqnoz və şərh verə bilməyəcək. Saat 21:00-dan sonra yayım sərbəst olacaq. Zərurət yaranarsa, qadağanın saat 21:00-dan əvvəl götürülməsinə qərar verilə bilər.

Səsvermə günü təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan güc strukturlarının əməkdaşlarından başqa heç kim silah gəzdirə bilməyəcək. Əyləncə məkanları bağlanacaq. Mayın 14-də spirtli içkilər satılmayacaq. İctimai yerlərdə spirtli içkilərin satışı və içilməsi qadağan ediləcək. Bundan əlavə, əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.

Həmçinin, mayın 14-də qadağalara və göstərilən qaydalara əməl olunmaq şərti ilə saat 18.00-dan sonra toylar keçirilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*