Türkiyədəki sel fəlakətində ölənlərin sayı artdı – YENİLƏNİBbackend

Türkiyədəki sel fəlakətində ölənlərin sayı artdı - YENİLƏNİB

Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O, bölgədə təsirli olan daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Qurbanların sayının arta biləcəyi istisna edilməyib.

17:57

Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı 13-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, hələ də itkinlər var, ölənlərin sayının artacağı istisna deyil.

Xatırladaq ki, sel Adıyaman və Şanlıurfa şəhərlərini əhatə edir.

***

   14:14

Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub.

KONKRET.az xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb.

Məlumata görə, Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb.

Qeyd olunub ki, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*