Türkiyəli ekspert “xəritə qalmaqalı”na aydınlıq gətirdi – SƏS YAZISIbackend

Türkiyəli ekspert “xəritə qalmaqalı”na aydınlıq gətirdi – SƏS YAZISI

Sosial şəbəkədə türkiyəli hərbi ekspert, sosial elmlər doktoru, ehtiyatda olan polkovnik Eray Guçlülerin “Tvitter”dəki paylaşımı müzakirə mövzusuna çevrilib. Belə ki, Eray Güçlülerin paylaşdığı xəritədə Naxçıvan Muxtar Respublikası Türkiyənin sərhədləri daxilində göstərilib.

KONKRET.az xəbər verir ki, Azvision.az məsələyə aydınlıq gətirmək üçün ekspertlə əlaqə saxlayıb. Eray Guçlüler bildirib ki, xəritədə Naxçıvan xırda olduğu üçün belə bir yanlışlıq baş verib. O, dərhal həmin paylaşımı silərək, yeni xəritə ilə əvəzləyərək yazıb ki, “Naxçıvan Azərbaycanındır və əbədi olaraq Azərbaycan qalacaqdır. Şəkil kiçik olduğu üçün Naxçıvan aydın deyildi. Heç kim başqa niyyət gözləməməlidir. Yaşasın Azərbaycan”.


Açıqlamanı audio formatda da dinləyə bilərsiniz:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*