Türkiyəli jurnalist və rəsmilərin İrəvana getməsi xəbəri erməniləri QƏZƏBLƏNDİRDİbackend

Türkiyəli jurnalist və rəsmilərin İrəvana getməsi xəbəri erməniləri QƏZƏBLƏNDİRDİ

Türkiyəli jurnalistlər və rəsmilər Ermənistana gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, martın 25-də futbol üzrə Ermənistan milli komandası Avro-2024-ün seçmə mərhələsində Türkiyə millisini qəbul edəcək.

“Türkiyəli azarkeşlər oyunu izləmək üçün Ermənistana gəlsəydilər, Vazgen Sarkisyan adına “Respublika” stadionunda görüntünün necə olacağını təxmin etmək çətin deyil.

Hər halda, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) türkiyəli azarkeşlərin martın 25-də İrəvanda keçiriləcək Avro-2024-ün seçmə mərhələsinin Ermənistan – Türkiyə oyununa buraxılmaması ilə bağlı qərar verib.

Bəs bu, matç üçün stadionda türk azarkeş və qonaq olmayacağına zəmanət verə bilərmi? Məlum oldu ki, yox.

Görüşdə Türkiyədən jurnalistlər və rəsmilər iştirak edəcək. Türkiyəli idman jurnalisti Vahap Özdəmir mediamıza bildirib ki, hazırda jurnalistlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.

“İrəvana məhdud sayda jurnalist və məmur gedəcək. Türkiyə millisinin heyəti hələ ki, bəlli deyil”, – deyə o bildirib.

Xatırladaq ki, Ermənistan millisinin seçmə mərhələdəki rəqibləri ötən ilin oktyabrında bəlli olub. Ermənistan-Türkiyə matçı digər qarşılaşmalardan fərqli olaraq bütün ermənilərin marağına səbəb olur. Mtçın bütün biletlərinin tükənməsi də bu səbəbdəndir.

Təbii ki, bu, azarkeşlərin qəzəbinə səbəb olub. Amma başa düşmək lazımdır ki, belə vacib oyundan əvvəl milli komandanın oyunçularına dəstək olmaq çox vacibdir”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*