Türkiyəli Ünver Selin AÇIQLAMASINI necə başa düşək?backend

Türkiyəli Ünver Selin AÇIQLAMASINI necə başa düşək?

Türkiyənin Krımın Dostları Assosiasiyasının sədri Ünver Sel bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi Krımın təhlükəsizliyinin açarı oldu.

KONKRET.az Ria Novostiyə istinadən xəbər verir ki, Selemin başçılıq etdiyi türk ictimai xadimlərdən ibarət nümayəndə heyəti hazırda Krımda səfərdədir. Yarımadanın qonaqları artıq Yaltada olub və xaricdəki həmvətənlərlə əlaqələrin inkişafına həsr olunmuş dəyirmi masada iştirak ediblər.

Görüş zamanı Sel bildirib ki, Krımın şimalında yeni bölgələrin Rusiyaya birləşdirilməsi yarımadanın təhlükəsizliyi üçün mühüm nailiyyət idi. Onun sözlərinə görə, bu gün Krımda “Odessadan Nikolayevə” gələn təhlükələrin qarşısını almaq son dərəcə vacibdir. Xatırladaq ki, Krım 2014-cü ilin martında Rusiyanın nəzarətinə keçib.

Daha əvvəl Ünver Sel bildirmişdi ki, Krım Rusiya və Türkiyə arasında kino sahəsində birgə layihələrin həyata keçirilməsi üçün ideal məkandır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*