Türkiyəyə dəstək artırbackend

Türkiyəyə dəstək artır

BMT və AB Amerikanın İsrail qərarına sərt reaksiya verib

İsrailin Qolan təpələrindən sonra Qərbi Şəriədəki beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan qərarına sərt reaksiya özünü gecikdirməyib. Türkiyədən gələn sərt reaksiyanın ardından Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi də Türkiyəni dəstəkləyən açıqlamalar verib. ABŞ-nın qalmaqallı qərarının beynəlxalq hüquqla heç bir əlaqəsi olmadığı bəyan edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir: İsrail işğalı altında olan Qüds və Qolan yüksəkliklərinə qarşı qanunsuz əməlləri ilə bütün beynəlxalq birliyə qarşı çıxan ABŞ Administrasiyasının Qərbi Şəriyədəki yaşayış məskənlərinin qanunsuz olmadığını iddia etməsi Amerikanın qanuna zidd əməllərinin yeni bir nümunəsidir. ABŞ dövlət katibi Mayk Pompeonun bu mövzuda verdiyi uğursuz bəyanat beynəlxalq hüquqa, xüsusən Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə açıq şəkildə məhəl qoymur.

BMT – də işğal edilmiş Fələstin ərazilərindəki yəhudi yaşayış məskənlərinin “beynəlxalq qanun pozuntusu” olduğunu bir daha təkrar edir.

Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini İsraili işğalçı güc öhdəlikləri çərçivəsində fəaliyyətlərini dayandırmağa çağırıb. “AB-nin İsrailin işğal edilmiş Fələstin ərazilərində məskunlaşma siyasətinə münasibəti dəyişməyib. Bütün məskunlaşma fəaliyyətləri beynəlxalq hüquq çərçivəsində qanunsuzdur və iki dövlət həllini pozur”

AB-nin iki dövlətli həll yolu dəstəkləməyə davam edəcəyini vurğulayan Mogherini, bunun hər iki tərəfin qanuni tələblərinə cavab verən yeganə real həll yolu olduğunu vurğulayıb.

İşğal altındakı Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələri, İsrail-Fələstin probleminin həlli üçün qurulmuş beynəlxalq parametrlərə əsaslanan iki dövlətli bir həll yolu üçün ən böyük maneədir. Türkiyə Fələstin dövlətinin müstəqilliyini və qardaş Fələstin xalqının qanuni hüquqlarını müdafiə etməyi davam etdirəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*