Türkmənistanın qərbində yerləşən sadəcə iki “Türkmənneft” yatağı 2022-ci ildə atmosferə Böyük Britaniyadan daha çox karbon qazı buraxıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yeni peyk şəkillərinə əsasən yazıb.
Qeyd olunub ki, 2022-ci ildə Türkmənistandakı qərb qalıq yanacaq yatağından 2,6 milyon, şərq yatağından isə 1,8 milyon ton metan buraxılıb.
Məlumata görə, bu iki yataqdan ümumi emissiyalar 366 milyon ton karbon qazı təşkil edib ki, bu da dünyada 17-ci yerdə olan Böyük Britaniyanın illik emissiyalarından çoxdur.
Mütəxəssislər 2007-ci ildən bəri Türkmənistandan emissiyaların artdığını, bu sürətlənmənin qlobal istiləşməyə təsir edə biləcəyini qeyd edib.
Onların fikrincə, problemi həll etmək üçün yataqlardakı sızmaları aradan qaldırmaq lazımdır. Bu işlər ucuzdur və zaman keçdikcə öz bəhrəsini verəcək.
İqbal Rzayev,
KONKRET.az
