Üç polkovnikə VƏZİFƏ VERİLDİ – ADLARbackend

Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.

Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*