Qurban Qurbanovdan şok qərar – Fotobackend

Qurban Qurbanovdan şok qərar - Foto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

KONKRET.az sportinfo-ya istinadla xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.

UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan dörd nəfəri – Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*