Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib.
KONKRET.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, səfirliyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Səfirlik binasına ziyan dəyməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.
Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.

