Oman sahillərindən təxminən 100 kilometr şərqdə tanker hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
UKMTO-nun açıqlamasında bildirilir ki, Omanın Dukm şəhərindən təxminən 100 kilometr şərqdə ticarət gəmisi ilə bağlı insident baş verib: Toyuqlu pizza
“Ticarət gəmisi bölgədə davam edən hərbi fəaliyyətin təsirinə məruz qalıb. Hadisədən səlahiyyətli qurumların məlumatı var və hazırda müvafiq araşdırmalar davam etdirilir”./Oxu.az
