Guya, hər şey asanlaşmalıdır, amma atılan hər yeni addım növbəti dəfə vətəndaşı daha da dara salır.”
KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Sahilə Aslanova özünün sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, Azərbaycan Dəmir Yollarının (ADY) bilet satışı ilə bağlı vəd etdiyi yeniliklər kağız üzərində qalıb və vətəndaşlar üçün ciddi çətinliklərə çevrilib: “Xəbər yaymışdılar ki, qatarlara əlavə 3 vaqon qoşulub və indi biletlər daha ucuz satılır. Eyni zamanda, guya artıq 3 ay əvvəldən bilet satışlarını edəcəkdilər ki, vətəndaşlar çətin vəziyyətdə qalmasın. Amma əslində nə oldu? 3 ay əvvəldən satış-filan olmadı, onlayn alınan biletlər sahiblərinə göndərilmir deyə, insanlar vağzala gəlib kassirlərlə dalaşır, müdiriyyətə şikayət edir”.
S.Aslanova qeyd edib ki, bilet satışındakı qeyri-müəyyənlik insanları gecə-gündüz vağzalda növbə gözləməyə məcbur edir: “İnsanlar gecədən gəlib kassaların qarşısında səhərə qədər, hətta hərdən 24 saat növbə tutub keşik çəkirlər ki, bilet ala bilsinlər. Biletlər satışa vaxtında çıxarılmır, qaynar xətdən isə heç bir konkret cavab verilmir. Biletlər satışa çıxarılmayıb, amma kassalar yalandan götürülən növbə nömrələrini vururlar, guya, satış gedir. Bax, belə bir “möhtəşəm” sistem”.
KONKRET.az
