DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib.
KONKRET.az xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib.
Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən “Mayami Stadium”da oynanılıb. Gərgin oyun şəraitində keçən matçda İngiltərə millisi 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, İngiltərə yığması 60 il sonra mundial medalı qazanıb.
Tomas Tuxelin rəhbərlik etdiyi kollektivin heyətində Deklan Rays (3), Ezri Konsa (18), Bukayo Saka (37, 45+1, 87-p.) və Cud Bellinqem (90+8) fərqləniblər. “Xoruzlar”dan isə Kilian Mbappe (48, 66) Bradli Barkola (54) və Usman Dembele (90+6) adını tabloya yazdırıblar.
Qeyd edək ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirmişdi. İngiltərə isə Argentina ilə görüşdə məğlub olmuşdu.
Onu da qeyd edək ki, milyonların səbirsizliklə izlədiyi futbol üzrə dünya çempionatında həlledici an gəlib çatıb.
Turnirin ən vacib matçında – böyük finalda qızıl medal uğrunda İspaniya və Argentina milli komandaları amansız mübarizədə üz-üzə gələcəklər.
Futbol azarkeşlərinin diqqət mərkəzində olacaq bu həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Dünya çempionatı
Final
19 iyul
23:00. İspaniya – Argentina.
