Ucarda açıq ərazidə yanğın oldubackend

Ucarda açıq ərazidə yanğın oldu

Ucarda açıq ərazidə yanğın baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qazyan kəndində qeydə alınıb. Kənd bələdiyyəsinə məxsus 5 hektardan artıq ərazidə kollar, agaclar yanıb.

Hadisə yerinə FHN-nın Ucar və Zərdab rayon yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində əraziyə bitişik meşəlik ərazi yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*