Ucarda minik avtomobili mikroavtobusla toqquşdubackend

Ucarda minik avtomobili mikroavtobusla toqquşdu

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən
hissəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elgün İsmayıl oğlu İsmayılzadəyə məxsus “Chevrolet Cruze” markalı minik avtomobili ilə Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Müslümov Qiyas Müslüm oğluna məxsus “Ford” markalı mikroavtobus toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*