UEFA-dan “Qarabağ”ın hücumçusu ilə bağlı PAYLAŞIM – VİDEObackend

UEFA-dan “Qarabağ”ın hücumçusu ilə bağlı PAYLAŞIM - VİDEO

UEFA Avropa Liqasının rəsmi səhifəsi “Qarabağ”ın futbolçusu Olavio Juninyo ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, qurumun “X” hesabı turnirin 1/8 final mərhələsinin Almaniya “Bayer”i ilə Bakıda keçirilən ilk görüşündə “sambaçı”ya aid “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” başlıqlı post paylaşıb. Həmçinin də braziliyalının vurduğu qol və məhsuldar ötürməsi qeyd edilib.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə Bakıda 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab oyunu martın 14-də saat 00:00-da Leverkuzendə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*