UEFA “Qarabağ”la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd etdibackend

UEFA "Qarabağ"la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd etdi

UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

KONKRET.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Olimpiya” Lyublyanadakı qarşılaşmada meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Həmin görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıda rəqibi ilə heç-heçə (1:1) edən “köhlən atlar” turnirin qrup mərhələsinə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*