Rusiya həmişə sülhə can atıb və sabah da danışıqlar masasına oturmağa hazırdır.
KONKRET.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə danışıqların şərtlərini açıqlayaraq bildirib.
“Ukrayna qoşunları DXR, LXR, Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Sonra danışıqlar mümkündür”, – dövlət başçısı Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.
