Ukrayna ordusu Luqanskda 10 “kadırovçu” ilə sursat anbarını MƏHV ETDİbackend

Ukrayna ordusu Luqanskda 10 "kadırovçu" ilə sursat anbarını MƏHV ETDİ

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində 10 “kadırovçu” ilə sursat anbarını məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook”da dərc olunmuş səhər xülasəsində deyilir.

Ukrayna müdafiəçiləri Luqansk vilayətində rus işğalçılarının mövqelərinə dəqiq artilleriya zərbələri endirib, nəticədə Severodonetsk vilayətinin Novoivanovka kəndindəki sursat anbarı məhv edilib.

Baş Qərargah əlavə edib ki, Svatovo kəndində də 10-a qədər işğalçı və 5-ə yaxın sursatla yük maşını məhv edilib.

“Yenilənmiş məlumata görə, Müdafiə Qüvvələrinin hədəfə aldığı artilleriya zərbələri nəticəsində Luqansk vilayətinin Novoivanovka kəndində bir sursat anbarı və 10-dan çox kadırovçu məhv edilib. Svatovo kəndində 10-a qədər işğalçı və döyüş sursatı olan təxminən beş yük maşını da məhv edilib”, – məlumatda deyilir.

Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların mövqelərinə 21 zərbə endirib. Bu zərbələr nəticəsində 17 silah və hərbi texnikanın cəmləşdiyi ərazi, iki güclü nöqtə, eləcə də düşmənin zenit-raket komplekslərinin iki mövqeyi vurulub.

“Hava hücumundan müdafiə bölmələri düşmənin beş PUA-sını vurub. Raket və artilleriya bölmələri komandanlıq məntəqəsini, canlı qüvvənin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi iki ərazini, işğalçıların radiolokasiya stansiyasını və digər mühüm hərbi obyektlərini vurub”, – deyə Baş Qərargah əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*