Ukrayna ordusunun ləng irəliləməsinin səbəbi AÇIQLANDIbackend

Ukrayna ordusunun ləng irəliləməsinin səbəbi AÇIQLANDI

Ukrayna qoşunları yağışlar səbəbindən cənubda və Xarkov istiqamətində daha ləng irəliləyir. 

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Fox News”a müsahibəsində deyib.
O, Ukrayna ordusunun qışın əvvəlinə qədər irəliləyəcəyinə ümid etdiyini bildirib.

“Biz kəndlərimizi addım-addım azad etmək taktikasından istifadə edirik. Və biz bunu davam etdirəcəyik”, – Reznikov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının Xersonu və Rusiyanın işğal etdiyi digər rayonları azd etmək planı var.

Nazir həmçinin bildirib ki, Ukrayna ordusu Dnepr üzərindən keçən bütün körpülərə “HIMARS MLRS”dən istifadə edərək nəzarət edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*