Ukrayna və Yaponiya iyunun 13-də ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında məlumat verib.
“Yaponiyanın baş naziri Fumio Kişida ilə mən indicə Ukrayna və Yaponiya arasında təhlükəsizlik sazişi imzaladıq. Dünyanın iqtisadi və texnoloji cəhətdən ən inkişaf etmiş ölkələrindən biri ilə”, – Zelenski qeyd edib.
Onun sözlərinə görə, sənədə əsasən, Yaponiya Ukraynaya 4,5 milyard dollar ayıracaq və müqavilənin qüvvədə olduğu 10 il ərzində Kiyevi dəstəkləyəcək.
“Təhlükəsizlik və müdafiə sahəsində yardım, humanitar, texniki və maliyyə sahələrində əməkdaşlıq, Sülh Formulasının bəndlərinin həyata keçirilməsi üçün birgə iş, təcavüzkara qarşı sanksiyalar və onun məsuliyyətə cəlb edilməsi – bu, həm də bu gün imzalanmış sazişi möhkəmləndirir. Biz Yaponiyanın bərpa və yenidənqurma naminə Ukrayna ilə işləyəcəyini yüksək qiymətləndiririk”, – deyə Zelenski bildirib.
Burhan,
KONKRET.az