Ukraynada bir milyona yaxın insan su çatışmazlığı ilə ÜZLƏŞƏ BİLƏRbackend

Ukraynada bir milyona yaxın insan su çatışmazlığı ilə ÜZLƏŞƏ BİLƏR

Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması səbəbindən 1 milyona yaxın insan su çatışmazlığı problemi ilə üzləşə bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov deyib.

“Daşqın vəziyyəti yaxşılaşıb, lakin 1 milyona yaxın insan su çatışmazlığı ilə üzləşə bilər. Bununla əlaqədar su kəmərlərinin çəkilməsi davam edir. Digər tərəfdən, biz zədələnmiş əkin sahələrinin bərpası məsələlərini hələ həll etməmişik”, – deyə o bildirib.

Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən konfransdan danışan Kubrakov əlavə edib ki, ölkəsinin enerji sektorunun transformasiyasında yapon şirkətlərinin dəstəyinə ümid edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*