Ukraynada keçirilən seçkilərdə prezidentin partiyası önə çıxıbbackend

Ukraynada keçirilən seçkidə prezidentin partiyası önə çıxıb

Ukraynada iyulun 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, 450 yerlik parlamentin 225 deputatının seçildiyi proporsional sistem üzrə 20-dən çox partiya yarışıb. Ali Radaya düşmək üçün gərəkli 5 faizlik həddi beş partiya keçib.

Mərkəzi Seçki Komissiyasının ilkin hesabatına əsasən, prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 42,1% səslə önə çıxıb.

Deputat Yuri Boykonun Müxalif Platforma Partiyası 12,7%-lik nəticə göstərir.

Sabiq prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası sorğuda 8,7%, deputat Yuliya Timoşenkonun Batkivşina Partiyasına 8,1%, musiqiçi Svyatoslav Vakarçukun Səs Partiyası 6,4% səs toplayır.

Ukrayna Konstitusiyasına görə, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.

Vladimir Zelenski 1978-ci ildə doğulub. Siyasətə gələnədək şoumen kimi tanınıb. Prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda 2014-cü ildən dövlət başçısı olan Pyotr Poroşenkonu udub, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*