Bu gün Rusiyanın Ukrayna ilə müharibəsinin 100-cü günüdür. Hazırda Severodonetskdə döyüşlər gedir.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, regional hakimiyyət orqanlarının fikrincə, şəhər yeni “Azovstal” ola bilər.
Belə ki, təxminən 800 nəfər “Azot” kimya zavodunun altındakı bomba sığınacaqlarında gizlənir.
Ukraynanın Luqansk vilayətinin qalan ərazilərində Rusiya ordusu bir neçə istiqamətdə – Zolotoy, Popasna, Kamışevaxi, Beloqorovkadan Ukrayna silahlı qüvvələrinin müdafiəsini yarmağa çalışır.
Donetsk bölgəsində əsas döyüşlər Liman, Slavyansk bölgəsindədir. Qara dənizdə vəziyyət stabildir. Orada Rusiya raket gəmilərinin sayını üçə çatdırıb.
Ukrayna Baş Qərargahının xülasəsinə görə, Xarkov yaxınlığında əsas Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etmək üçün göndərilib.
Məlumatda o da qeyd olunur ki, Rusiya ordusunun şəxsi heyəti daimi yerdəyişmələr səbəbindən ruhdan düşüb. Bu, şəxsi heyətin hərbi əməliyyatlardan imtina etməsinə səbəb olur.
Roman Göytürk,
KONKRET.az
