Ukraynanın dövlət borcu avqustda bir milyard dollar artaraq 134 milyard dollara çatıb .
KONKRET.az xəbər verir ki, bundan əvvəl Ukraynanın sabiq baş naziri Nikolay Azarov Ukraynanın dövlət borcunun ilin sonuna kimi rekord həddə – 173 milyard dollara qədər arta biləcəyini bildirmişdi.
Beynəlxalq Valyuta Fondu ( BVF ) iyunun sonunda Ukraynanın dövlət borcunun 2023-cü ildə ÜDM-in 88,1%-nə, 2024-cü ildə 98,6%-ə, 2025-ci ildə isə 100,7%-ə qədər artacağını proqnozlaşdırıb.
“Avqust ayı ərzində Ukraynanın dövlət zəmanətli borcunun məbləği dollar ekvivalentində 1,01 milyard dollar artıb. 31 avqust 2023-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 133,93 milyard dollar təşkil edib”, – deyə məlumatda bildirilir.
Ariz Həsənoğlu,
KONKRET.az
