Uyğur Türkləri Torontoda tarixi kilsəni aldı – Məscidə çevirdilər – FOTObackend

Uyğur Türkləri Torontoda tarixi kilsəni aldı - Məscidə çevirdilər - FOTO

Toronto və ətrafında yaşayan Uyğur türkləri tarixi kilsəni alıb məscidə çeviriblər. 

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.

“Maunt Karmel” kilsəsi 1873-cü ildə inşa edilib. Uyğurlar kilsəni Kanada Uyğur Türklərinin İslam və Mədəniyyət Mərkəzi adlandırılan məscidə çeviriblər.

Kanada Türk Uyğurları Dərnəyinin Baş katibi İtibar Artiş “Anadolu”ya verdiyi açıqlamada, kilsənin nəinki məscid, həm də bir cəmiyyət mərkəzi olaraq fəaliyyət göstərəcəyini söyləyib.

O, Toronto və ətrafındakı Uyğur türklərinin uzun müddətdir dua edə biləcəyi və ictimai tədbirlər keçirə biləcəyi bir mərkəzə ehtiyacı olduğunu söyləyib.

“Burada eyni zamanda namaz qılacaq və uşaqlarımıza, xüsusən də Quranı öyrədəcəyik. Yeni nəslin Qərb mədəniyyətini mənimsəməsinin qarşısını almaq və əksinə, Şərqi Türküstanın zəngin ənənələri, adətləri və mədəniyyəti ilə tanış etmək üçün belə bir yerə ehtiyacımız var idi”, deyə o, qeyd edib.

Kilsənin son keşişi Robin Vilki də açılış mərasiminə qatılıb. O, iİllərdir ibadət yeri olan binanın bu gün yenə inananları, hətta başqa bir dinin tərəfdarlarını qəbul etməsindən məmnunluq duyduğunu bildirib.

Vilki Çinin Uyğur Türklərinə qarşı tətbiq etdiyi təzyiq və məhv siyasətlərini qəbuledilməz adlandırıb:

“Uşaqların zorla ailələrindən ayrıldıqlarını və internat məktəblərinə göndərildiyini eşitdim”.

Rəsmi mərasimdən sonra qonaqlara milli uyğur yeməkləri verilib.

Kilsə binası 610 min Kanada dollarına alınıb, məscid tezliklə namaz qılmaq üçün açıq olacaq. /Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*