Uzaqlaşma və soyuqluq hissini bu metodla aradan qaldırmaq mümkündür – Alimlərdən TƏKLİFbackend

Uzaqlaşma və soyuqluq hissini bu metodla aradan qaldırmaq mümkündür - Alimlərdən TƏKLİF

Alimlər cinsi məmnunluğu artırmağın sadə üsulunu açıqlayıblar.

KONKRET.az xəbər verir ki, bununla bağlı “The Journal of Sex Research” dərgisində yazı dərc edilib. Məqalədə qeyd edilir ki, seks nostaljisi cinsi məmnunluğun güclənməsinə müsbət təsir göstərir.

ABŞ-ın Minnesota Universiteti tədqiqatçılarının gəldiyi qənaətə görə, daha çox cinsi nostalji hiss edən insanların münasibətlərdə cinsi məmnunluq hissini də artır.

Araşdırmalar göstərir ki, nostalji rifahı yaxşılaşdırır, özünəhörmət və özünümüdafiə hissini gücləndirir. Nostalji digər insanlarla münasibətlərin qurulmasında da effektiv təsir göstərir.

Altı aydan çox münasibətdə olan 800 insan arasında aparılan araşdırmalar nəticəsində sübut olunub ki, daha çox cinsi nostalji yaşayan insanlarda cinsi məmnunluq səviyyəsi daha yüksək olur. Xüsusən də münasibətlərində gərginlik yaşanan şəxslərdə bu hiss özünü qabarıq göstərib. Cinsi nostalji təklik hissini azaltmaq və tərəfdaşla yaxınlığı gücləndirmək üçün ən gözəl vasitə ola bilər. Həmçinin, tərəfdaşlarla ünsiyyətdə daimi çatışmazlıq, uzaqlaşma və soyuqluq hissini bu metodla aradan qaldırmaq mümkündür.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*