Van Dammın azərbaycanlı gəlinindən həyat yoldaşına sürpriz – VİDEObackend

Van Dammın azərbaycanlı gəlinindən həyat yoldaşına sürpriz - VİDEO

Bu ad günü videosunun hazırlanmasında iştirak edən hər kəsdən Allah razı olsun. Onun həyatında hamınız olduğuna görə çox minnətdaram, haqqında bütün gözəl arzuları və söhbətləri eşidəndə ürəyim isindi, gözlərim isə yaşardı. Çox xoşbəxtəm ki, onun həyatında dünyanın müxtəlif yerlərindən bu qədər sevgi var və hər kəsin onu qiymətləndirdiyini və qayğısına qaldığını görmək məni bir daha əmin etdi ki, nə qədər düzgün kişi seçmişəm. Xoşbəxtəm ki, indi hamınızı Kris vasitəsilə tanıyıram.

KONKRET.az xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyor Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammla evli olan azərbaycanlı musiqiçi Suada Hacızadə instaqramda yazıb.

Həyat yoldaşının doğum günü münasibətilə video hazırlayan Suada onu yayımlayıb:

“Mən səni sevirəm, KeeKee, mənim Hubba Bubbam, həmişə gülümsə və unutma ki, məsafə nə qədər uzun olursa olsun, tək deyilsən. Hər kəsin qəlbində xüsusi yerin var və mənim ürəyim sənindir. Allah hər zaman həyatınıza xeyirxah insanlar göndərsin, şərdən qorusun, hər şeyə pozitivlik, sevgi və uğurlar cəlb etsin”.

Suada həmçinin qeyd edib ki, ailə qurmazdan əvvəl sosial şəbəkədə 6 il dost, 2 il sevgili olublar və 1 ildir ki, evlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*