“VKontakte”-də “Vaqner” hərbi birləşməsinin hesabı bloklanıb.
KONKRET.az xəbər verir ki, “Vaqner Orkestri” adlanan hesaba giriş artıq mümkün deyil.
Bunun Rusiya Baş Prokurorluğun müraciəti əsasında edildiyi bildirilir. Eyni zamanda, Priqojinə yaxın olan digər profillərin də sosial şəbəkələrdə, o cümlədən Telegram-da hesablarına blok qoyulacağı deyilib.
Qeyd edək ki, hələ də Rusiyada onun audio mesajları əhali tərəfindən dinlənilir.
Natiq Səlim,
KONKRET.az
