Vardanyan Bakıdan Yerevana zəng etdi – Arvadı onu bu qərarı verməyə razı saldıbackend

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri”, Qarabağda separatçılığı və terrorçuluğu maliyyələşdirən milyarder Ruben Vardanyan ailəsilə əlaqə saxlayıb.

KONKRET.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, Vardanyana həyat yoldaşı Veronika Zonabend ilə telefon danışığa aparmağa şərait yaradılıb.

Qeyd olunur ki, xanımı Ruben Vardanyanı aclığı dayandırmağa razı sala bilib.

Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Султан
    Aprel 27, 2024 - 12:12

    Ermənilər bizim yolu azmış əsgərlərə ömürlük cəza verirlər, bəs biz bu qatil düşmənin nazı ilə nə üçün oynayırıq?!!!

    • Totu
      Aprel 28, 2024 - 17:45

      Qaqa bunu bil ki onun başından bir tük əksik olsa putin bilirsəndə nə edər

  • Garachanta
    Aprel 30, 2024 - 22:29

    yeqin vardanyandan krupnaya summa isteyirler o da deyir vermeyecem…ozum qazanmisam ozum de yeyecem…yemesem de ailem yeyecek…:))))))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*