“İstəsək, 10 aydan bir növbədənkənar seçki keçirib qalib gələ bilərik” – Ermənistan parlamentinin spikeribackend

"İstəsək, 10 aydan bir növbədənkənar seçki keçirib qalib gələ bilərik” - Ermənistan parlamentinin spikeri

“Hakimiyyətdə kimin olacağına Ermənistan xalqı qərar verəcək. Kimi seçsə, o, rəhbərlik edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Növbədənkənar seçkilərdən danışırsınız, amma özünüz heçnəsiniz. Bir şey etmədiyimizdən danışırsınız, amma deyəcək bir şeyiniz yoxdur. Danışmağa üzünüz yoxdur. Biz isəsək, hər 10 aydan bir növbədənkənar seçkilər keçirib qalib gələ bilərik”, – deyə Simonyan bildirib.

O, həmçinin Tavuşda yaşanan son proseslərə də toxunub:

“Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bəli, ona görə ki, bu ərazi bütövlüyü bizim ərazi bütövlüyümüzlə bağlıdır, ona görə ki, “bu sənindir, qardaş, başqa heç nə gözləmə” deməklə ərazi bütövlüyünü bərqərar edirsən. Deyirsən: bu sənindir, bu mənimdir”, – deyə Simonyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*