İki yaşlı oğlunu qucağında otuzdurub “Jeep Patriot” sürdübackend

İki yaşlı oğlunu qucağında otuzdurub “Jeep Patriot” sürdü

Abşeron rayonu, Məhəmmədi kəndində iki yaşlı övladını qucağına oturdaraq “Jeep Patriot” minik markalı avtomobili idarə edən şəxsə hökm oxunub.

KONKRET.az xəbər verir ki, 1994-cü il idə Abşeron rayonunda anadan olmuş Rövşən Cabirov avtomobili idarə edərkən qucağında azyaşlı uşağı əyləşdirdiyinə görə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Rövşən atasına məxsus “Jeep Patriot” markalı avtomobillə aptekə gedən zaman övladı onunla olub və uşağı qucağında otuzdurub. Polis əməkdaşları onu saxlamaq istəyərkən məsuliyyətdən yaxa qurtarmaq üçün ara küçəyə daxil olaraq, polislərin onu saxlaya bilməyəcəyini düşünüb. Nəqliyyat vasitəsinin sürətini artırıb-azaltmaqla və digər belə hərəkətlərlə avtoxuliqanlıq hərəkəti edib.

Avtomobili saxladıqda, sürücünün sənədləri yoxlanılarkən məlum olub ki, onun nəqliyyat vasitəsini sürmək üçün etibarnaməsi yoxdur. Bundan sonra nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Rövşən barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə protokol tərtib edilib.

Məhkəmə Rövşənin Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olduğunu nəzərə alaraq, onu 500 manat cərimə edib.//Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*