Ruben Vardanyanın Qorisə getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılması barədə məlumatsızam.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm”, – Peskov deyib.
O, Vardanyanın hazırda Rusiya vətəndaşlığının olub-olmadığını söyləməkdə çətinlik çəkib. Əgər o, hələ də Rusiya vətəndaşıdırsa, o zaman Rusiya onun hüquqlarını qoruyacaq.
Qeyd edək ki, Vardanyan 2022-ci il sentyabrın 1-də Qarabağa köçüb. O, 2022-ci il noyabrın 4-də dövlət naziri təyin edilib və 23 fevral 2023-cü ildə təqaüdə çıxıb.
Ariz Həsənoğlu,
KONKRET.az