Velosipeddən yıxılan baş nazir xəstəxanaya yerləşdirildibackend

Velosipeddən yıxılan baş nazir xəstəxanaya yerləşdirildi

Belçikanın Baş naziri Alexsandr De Kro velosipeddən yıxılaraq huşunu itirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, şənbə günü günorta saatlarında paytaxt Brüsseldən təxminən 60 kilometr məsafədə yerləşən kənddə evinin yaxınlığında velosiped sürərkən ağır qəza keçirib.

Qəza nəticəsində başından zədə alan 47 yaşlı Baş nazir dərhal yaxınlıqdakı Kent xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsindən sonra De Kronun vəziyyətinin normal olduğu müəyyən edilib və o, bir neçə saatdan sonra evə buraxılıb.

Qəzanın onun gələn həftəki iş qrafikinə təsir etməyəcəyi açıqlanıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*