backend

Vilayət Eyvazov yeni rəis təyin etdi

Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.

KONKRET.AZ-ın Report-a istinadla verdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə Rauf Heydərov təyin edilib.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.

Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*