Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
KONKRET.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr ilə bu vəzifəyə polis mayoru Müşviq Əliyev təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi çalışıb.
Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.
