WSJ: “ABŞ rəsmiləri Quantanamo həbsxanasının bağlanması üçün səyləri artırdı”backend

WSJ: "ABŞ rəsmiləri Quantanamo həbsxanasının bağlanması üçün səyləri artırdı"

Ağ Ev ABŞ-ın Kubadakı Quantanamo hərbi dəniz bazasındakı həbsxanasını bağlamaq üçün səyləri artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qəzetin yazdığına görə, Dövlət Departamentinin əməkdaşı Tina Kaydanov Quantanamo üzrə xüsusi nümayəndə təyin edilib.

Kaydanov yeni vəzifəsində bəzi məhbusların mümkün azadlığa buraxılması və ya başqa ölkələrin həbsxanalarına köçürülməsi ilə bağlı işlərinə baxacaq.

Qeyd edək ki, həbsxana 2002-ci ildə beynəlxalq terrorçular üçün yaradılıb. Hazırda orada 36 məhbus var. Sonuncu məhbus həbsxanaya 2008-ci ildə gəlib. Müəssisənin illik istismarı 540 milyon dollara başa gəlir.

Barak Obama həbsxananı bağlayacağını vəd etsə də, Konqresdə müqavimətlə üzləşib. Hazırkı Prezident Co Bayden də həbsxananı bağlayacağına dair seçki kampaniyasında söz verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*