WSJ: Kreml “Vaqner” PMC-nin tutulduğunu ELAN ETDİbackend

WSJ: Kreml "Vaqner" PMC-nin tutulduğunu ELAN ETDİ

“Kreml Afrika və Yaxın Şərqdəki tərəfdaşlarına Vaqner PMC-yə nəzarəti ələ aldığını bildirib”.

KONKRET.az-az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Məlumata görə, Rusiya hakimiyyəti Vaqner PMC-nin fəaliyyət göstərdiyi Afrika və Yaxın Şərq ölkələrinin rəhbərliyinə bildirib ki, təşkilatın qüvvələri bundan sonra Kremlə tabe olacaq,

Qəzetin yazdığına görə, “Vaqner”in yürüşü dayandıqdan cəmi bir neçə saat sonra Rusiya xarici işlər nazirinin müavini Suriya prezidenti Bəşər Əsədə Vaqnerin bundan sonra ölkədə müstəqil fəaliyyət göstərməyəcəyi barədə şəxsən məlumat vermək üçün Dəməşqə uçub.

Xarici İşlər Nazirliyinin diplomatları şəxsi mühafizəçiləri arasında “Vaqneritlər”in də olduğu Mərkəzi Afrika Respublikasının prezidentinə də zəng edərək, onu Rusiyadakı böhranın Moskvanın Afrikadakı fəaliyyətini dayandırmayacağına inandırıblar. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin təyyarələri Suriyadan Vaqnerin əsas bazalarından birinin yerləşdiyi Maliyə uçub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*