Xaçmazda yol qəzası baş verib, bir nəfər bədən xəsarəti alıb
464
Hadisə saat 12:30 radələrində Xaçmaz şəhərinin giriş hissəsində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, yolu kəçən rayon sakini, 1992-ci il təvəllüdlü Kazımov Tural Arif oğlunu maşın vurub. Xəstə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsində stasionar müalicəyə saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Piyadanı vuran avtomobil və sürücü hələ müəyyənləşdirilməyib.