Xalça emalı sexi tikiləcək: 1,8 milyonabackend

Xalça emalı sexi tikiləcək: 1,8 milyona

Sumqayıt şəhərində xalça emalı sexi tikiləcək.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Azərxalça Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb.

Məlumata görə, xalça emalı sexi Sumqayıt Kimya Sənayesi Parkında Azərxalça ASC-yə məxsus mövcud təmiz yun anbarının daxilində inşa olunacaq.

Azərxalça ASC emal sexinin inşası işlərinin 1,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, “Azərxalça” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 000 000 manat olan ASC-nin qanuni təmsilçisi Emin Səlhab oğlu Məmmədovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*