Xalq artistinin adından pul istənildibackend

Xalq artistinin adından pul istənildi

Naməlum şəxslər Xalq artisti Şahnaz Haşımovanın adından istifadə edərək ayrı-ayrı vətəndaşlardan pul istəyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-ın Gəncə bürosuna xalq artistinin özü məlumat verib.

“Mənim adımdam istifadə edərək vətəndaşlara zəng edib pul istəyirlər. Bu kimi zənglərə, müraciətlərə inanmayın. Polisə müraciət edəcəyəm. Mənim adımdan istifadə edib, pul almaq istəyən şəxs tapılıb məsuliyyətə cəlb olunmalıdır”- deyə, xalq artisti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*